“Azagrologistics” Məhdud Məsuliyyətli Cəmiyyəti
PDF Print E-mail

Cəmiyyətin rəhbərliyi

Təsisci
Direktor
Baş mühasib
Baş menecer

Cəmiyyətin strukturu

Strukturu
Cəmiyyətin Bakı şəhərində mərkəzi ofisi, iki topdan satış bazası və 12 rayonda filalı və dillerləri mövcuddur.

Cəmiyyətin əsas vəzifəsi

Cəmiyyətin əsas vəzifəsi respublika kənd təsərrüfatını, müəssisə və təşkilatları, kəndli(fermer) təsərrüfatını, fiziki və hüquqi şəxsləri və digər sahibkarları onların sifarişi əsasında traktor, yük avtomobilləri, texnoloji avadanlıq, kənd təsərrüfatı maşınları, eskavator, buldozer, taxıl yıgan kombayn, kotan, taxıl səpən, kartof səpən və yığan, ot biçən və yığan, qarğıdalıyıgan kombayn , avtotraktor şinləri, avtotraktor  və kəndtəsərrufatı maşınları ücün ehtiyat hissələri və istehsal təyinatlı    digər mallarla təmin etməkdir.
       
Cəmiyyətin  marketinq əlaqələri

Bununla əlaqədar Cəmiyyətimiz bir neçə ölkələrin, o cümlədən Türkiyənin 
“ Takmakbir” Önalar, Tinaz, Taral, Kurtsan; Almaniyanın “Klass”; Çexiyanın “Zetor”, İtaliyanın “Nyu-Holland”, Finlandiyanın “Sampo”, Rusiyanın “Rosselmas”, Ukrayna, Özbəkistan və digər ölkələrdə olan istehsalçı zavod-fabrik və firmaların  Azərbaycan və orta Asiya üzrə rəsmi distribyuteri və dillerliyini almışdır.
        
Cəmiyyət satdığı malların növündən asılı olaraq hər bir mala 1 ildən 2 ilədək qarantiya verir və onlara işlədiyi dövrdə servis xidməti göstərir.
        
Mallar müəssisə və təşkilatlara müqavilə əsasında tam lizinq, icarə lizinqi, hissəli lizinq, qabaqcadan ödəmə və kredit yolu ilə satılır.
        
Cəmiyyət müəssisə, təşkilat, kəndli(fermer) təsərrüfatlarına və digər sahibkarlara respublikanın müxtəlif bölgələrində onlara torpaq sahələrinin əkilməsi və becərilməsi, müxtəlif kənd təsərrüfatı məhsullarının yığılması, daşınması və digər xidmətləridə yerinə yetirə bilər.
        
Bizim əsas kriteriyamız sahibkarlara keyfiyyətli və sərfəli qiymətlərlə operativ və dəqiq xidmət göstərməkdir.
        
Bunlardan başqa Cəmiyyətimizin müəssisə, təşkilat və sahibkarlara yeni texnika və texnologiyalar barədə məlumatlandırma işləri və onların tədbiq edilməsi xidmətinidə göstərir.
        
Cəmiyyətimiz ölkəmizin hər yerində hər zaman Sizin xidmətinizdədir.

Böyük məmuniyyətlə “Azagrologistika” MMC Sizi qarşılıqli əməkdaşlıga
Dəvət edir.

Texnikalar və müxtəlif mallar haqqinda məlumatlar

Kənd təsərrüfatı məhsullarının istehsalında  traktorlardan istifadə  əsas yerlərdən birini tutur. Ona görə Cəmiyyətimiz  ayrı-ayrı xaricı ölkələrdən sahibkarların sifarişləri əsasında ölkəmizə keyfiyyətli və münasib qiymətlərlə müxtəlif markalı   traktorlar( 8 at g.-250 at güc.)   gətirib alıcılara çatdıririq.

Kənd təsərrüfatı məhsullarının məhsuldarlığı torpağın səpinə keyfiyyətli  hazırlanmasından,   yəni müasir  texnikalarla torpagın əkilməsindən, toxumun səpilməsindən, becərilməsindən və s. başlayır.Ona görə Cəmiyyətimiz ölkəmizə ən yeni və keyfiyyətli torpaq əkən, səpinqabağı torpağı hazırlayan,toxumsəpən, , bitkini mühafizə edən, məhsulu yığan, daşıyan, emal edən müxtəlif çeşidli yeni maşinları respublikamıza gətirilməsini təşkil edir.Onlardan bəzilərinin texniki göstəriciləri barədə alıcılarımızı məlumatlandırmagı daha məqsədə müvafiq bilirik.

Kənd təsərrüfatı məhsullarının istehsalında torpağın səpinə hazırlanması ən vacib şərtlərdən biridir. Bu məqsədlə  aşağıdaki mexanizmlərdən istifadə etmək daha məqsədə  uygundur.

Kənd təsərrüfatı məhsullarının yığılması ,  tədərüku və emalıda ən vacib məsələlərdən biridir.Buna görə cəmiyyətimiz ölkəmizə müxtəlif ölkələrin istehsal etdiyi müasir taxıl yığan kombayn , kartofəkən və yıgan, bostan- tərəvəz və digər məhsulları toplayıb yığan maşınları gətirib təsərrüfatlara catdırılmasinı da təşkil edir.

Ölkəmizdə heyvandarlıq sahəsini inkişaf etdirməyin vacib şərtlərdən biridə yemcilikdə yeni və müasir aşağıdaki texnikalardan istifadə etməkdən ibarətdir.


HÖRMƏTLİ  ALICILAR!

məyən texnika, avadanlıq və istehsal təyinatlı  digər mallarla Sizin ehtiyacınızı istənilən vaxt, Sizə sərfəli qaydada vaxtında ödəyə bilər.  
SİFARİŞLƏRİNİZİ GÖZLƏYİRİK!

© 2011-2012 “Azagrologistics” LLC    Powered by Azerin LLC